Kriminal Özəl

Gənc oğlan gecəyarısı tanışını öldürməyə cəhd etdi — TƏFƏRRÜAT

Gənc oğlan gecəyarısı tanışını öldürməyə cəhd etdi — TƏFƏRRÜAT

Bakının Nərimanov rayonunda tanışını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Əbil Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin iyunun 7-də saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya çatdırılması barədə prokurorluğa məlumat daxil olub.

İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Əbil Muradovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova