Liviyanın xarici işlər naziri Necla əl-Menquş israilli həmkarı ilə görüşdən sonra vəzifəsindən çıxarılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe qərar qəbul edib.
Qərara əsasən, onun barəsində istintaq başladılıb.
Qeyd edək ki, Menquşla bağlı araşdırmanı Liviyanın ədliyyə nazirinin sədrliyi ilə yaradılacaq komissiya həyata keçirəcək.
Aysu Demokrat.az


