Dünya

“Ukraynanın qələbəsi ağlasığmazdır”

“Ukraynanın qələbəsi ağlasığmazdır”

İtaliya Silahlı Qüvvələrinin Folqore Hava Desant Briqadasının generalı və keçmiş komandiri Marko Bertolini Ukraynanın Rusiya ilə münaqişədə qələbəsini ağlasığmaz adlandırıb.

“Qafqazinfo”xəbər verir ki, o, bu barədə “Libero Quotidiano” qəzetinə müsahibəsində bildirib:

“Hərbi nöqteyi-nəzərdən Ukraynanın qələbəsi ağlasığmazdır, biz bunu nəzərə almalı və danışıqlar masası arxasına oturmalıyıq”.

Onun sözlərinə görə, Kiyevin məqsədləri “nə nəzərdə tutulan formada, nə də vaxt çərçivəsində əlçatmazdır”. Bertolini Ukraynanın əks-hücumunun ləng getdiyini qeyd edib.

NE
Nihadə Eyyubova