Ekvadorda keçirilən ümumi prezident seçkilərinin ilk nəticələri açıqlanıb.
Ekvador Milli Seçki Şurasının verdiyi açıqlamaya görə, seçici fəallığı 82,26 faiz təşkil edib.
Səslərin 85,54 faizi hesablandıqdan sonra ilk turda namizədlər arasında 33,13 faiz səslə Vətəndaş İnqilab Hərəkatının namizədi Luisa Qonzales birinci yeri tutub.
Qeyd edək ki, sonda qalib gələn namizəd 2023-cü ilin noyabrından 24 may 2025-ci ilə qədər prezident olacaq.
Aysu Demokrat.az


