Gündəm Özəl

"Təcili" BMT iclası və Ağdam səfəri — Silahsız müharibə Azərbaycanın xeyrinədir

Təcili BMT iclası və Ağdam səfəri — Silahsız müharibə Azərbaycanın xeyrinədir

44 günlük Vətən müharibəsində qalib tərəf olan Azərbaycan diplomatik müstəvidə və informasiya savaşında prinsipial və ədalətli mövqeyini qoruyaraq haqq mübarizəsini davam etdirir. Artıq dünya birliyi də ağı qaradan, doğrunu yalandan seçməyə başlayıb. Son hadisələr bunu sübut etdi.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın qaldırdığı iddia ilə iclas baş tutdu. Buna iddia deyil, bəhanə demək daha doğru olar. Ermənistan Laçın dəhlizindəki vəziyyəti müzakirəyə çıxarmaqla dünyanın diqqətini guya Qarabağdakı erməniləri bürüyən "humanitar böhran"a çəkmək istəyirdi. "Təcili iclas"dan gözləntiləri Azərbaycan əleyhinə qətnamə çıxarılması idi. İşğal etdiyi əzəli torpaqlarımızı qeyd-şərtsiz tərk etməklə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməyə 30 il boyunca əməl etməyən Ermənistan indi qurduğu səhnəyə dünya birliyinin inanacağını umurdu. Dövlətin öz sərhədinə nəzarət etmək, ərazisində nəzarət - buraxılış məntəqəsi qurmaq kimi suveren hüququ olduğunu qonşumuz unuda bilərdi, lakin beynəlxalq təşkilatın bunu görməzdən gəlməsi müdafiə etdiyi beynəlxalq hüququn prinsiplərinə xilaf çıxmaq olardı, Təhlükəsizlik Şurasına bu, gün kimi aydın idi.

Təcili BMT iclası və Ağdam səfəri — Silahsız müharibə Azərbaycanın xeyrinədir

Qarşı tərəfin fiasko ilə nəticələnən planının ardından dünya ictimaiyyəti bu dəfə onun törətdiyi vandalizm aktının şahidi oldu. Azad edilən torpaqlara xarici diplomatların səfəri bu dəfə Ağdam istiqamətində davam etdi. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrdən ibarət 100-ə yaxın təmsilçi səfər çərçivəsində Ağdam - Xankəndiavtomobil yolu, həmçinin Bərdə - Ağdam dəmir yolu, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı, Ağdam şəhər 1 saylı tam orta məktəbi, Muğam Mərkəzi və yaşayış komplekslərində aparılan işlərlə əyani tanış oldu. Qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verildi.

Deputat Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında deyib ki, hələ də özünü yazıq, məzlum kimi aparan, xəmiri nifrətlə yoğrulan erməni toplumunun qonşu xalqlarla ədavəti sonsuzdur:

Təcili BMT iclası və Ağdam səfəri — Silahsız müharibə Azərbaycanın xeyrinədir
Təcili BMT iclası və Ağdam səfəri — Silahsız müharibə Azərbaycanın xeyrinədir

"Ermənistan üzərində qazandığımız misilsiz qələbə onları çıxılmaz vəziyyətə salıb. Havadarlarının da iştirakı ilə yazılmış bu ssenari açıq-aydın dünya birliyini öz oyunlarına alət etmək cəhdidir. BMT TŞ-nın son iclası bir daha sübut etdi ki, dünya artıq onların hay-həşirinə, yalanlarına inanmır. Dəstək gözlədikləri bəzi ölkələr belə iclasda Azərbaycana haqq qazandırdı. Çünki bu, eyni zamanda, beynəlxalq hüququn prinsipləridir".

Deputat vurğulayıb ki, ölkəmizdə akkreditə olunmuş xarici diplomatların Ağdama səfəri və oradakı erməni vandalizminin izlərini öz gözlərilə görmələri əhəmiyyətli hadisədir:

"Təhlükəsizlik Şurası gözlənildiyi kimi Azərbaycana qarşı heç bir qətnamə qəbul etmədi. Rəzil duruma düşən ermənilər artıq İrəvanın mərkəzi meydanında mitinq təşkil edib, Paşinyanın istefasını tələb etmək istəyirlər.

Bu gün Ermənistanın yeganə çıxış yolu 5 təməl prinsipi qəbul edib sülh müqaviləsi imzalamaqdır. Azərbaycan növbəti dəfə diplomatik masada uğur qazandı və həm silahlı mübarizədə, həm də siyasi müstəvidə Ermənistandan qat-qat güclü olduğunu yenidən göstərdi".

Politoloq Azər Niftiyev isə saytımıza açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərdən sonra Ermənistan tərəfi müxtəlif təxribatlara yol verir, ölkəmizə qarşı xarici təzyiqlərdən yararlanmağa çalışır. O qeyd edib ki, davam edən informasiya müharibəsi şəraitində Azərbaycanın atdığı addımlar, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr, xarici diplomatların Ağdam səfəri ciddi müzakirə mövzusudur:

"Azərbaycanda akkreditə olunmuş diplomatların Ağdam səfəri mühüm hadisədir. Ermənistan uzun illər ərzində Azərbaycanın torpaqlarını işğal altında saxlayıb. İşğal dövründə ərazilərimizi xarabalığa çevirib, daş üstündə daş qoymayıblar. Qarabağ ekoloji və mina terroruna məruz qalıb. Tarixi qələbədən sonra, ələxsus da Laçın-Xankəndi yolunda ekofəalların aksiyasından sonra Ermənistan saxta iddialarla çıxış etməyə başlayıb. Hansı ki, 10 noyabr üçtərəfli bəyanatında o öz üzərinə öhdəliklər götürüb, lakin bunlara əməl etmir. Qeyd olunan yoldan Ermənistana silah daşınması həyata keçirilir. Azərbaycan tərəfinin bununla bağlı kəskin etirazlarına və hesabat tələbinə məhəl qoyulmur".

Politoloqun sözlərinə görə, Fransa və digər Qərb ölkələri faktiki olaraq Ermənistanın hamisi rolunda çıxış edir:

Təcili BMT iclası və Ağdam səfəri — Silahsız müharibə Azərbaycanın xeyrinədir

"Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycan Qarabağda yaşayan erməniləri təzyiq altında saxlayır. Əslində isə onlar özləri Qarabağın erməni əhalisini girovluqda saxlayırlar. Ermənistanın hakimiyyəti, eləcə də qondarma “DQR”inqondarma rəhbərliyi erməni əhalisinin Azərbaycana inteqrasiyasının qarşısını almağa çalışır. Hansı ki, rəsmi Bakı Qarabağın erməni əhalisinə ən yüksək səviyyədə zəmanət verir və reinteqrasiya siyasəti aparır.

Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi diplomatlardan ibarət nümayəndə heyətinin Ağdama səfəri və bu qəbildən olan digər səfərlər Ermənistanın təxribatçı əməllərinin ifşa olunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə müsahibimiz vurğulayıb.

Siyasi şərhçi bildirib ki, BMT Təhlükəsizlik Şurasının son iclasında Qarabağla bağlı müzakirələr Azərbaycana qarşı təzyiqlərin davam etdiyini göstərir:

“30 illik işğal dövründə bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin düşməsinə, Xocalı, Gəncə, Bərdə, Tərtər soyqırımılarına, ərazilərimizin xarabalığa çevrilməsinə, ekoloji və mina terroruna məruz qoyulmasına, eləcə də BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin icra edilməməsinə göz yuman beynəlxalq birlik Laçın-Xankəndi yolunda ekofəalların aksiyasından təşvişə düşüb. Bundan öncə Fransa belə bir mürtəce təşəbbüs irəli sürmüşdü. Yenidən BMT Təhlükəsizlik Şurasında Ermənistanın saxta iddiaları əsasında iclas çağırdılar. Lakin heç nəyə nail olmadılar. Çünki Azərbaycan tərəfi haqlıdır.

BMT Təhlükəsizlik Şurasında başa düşürlər ki, vaxtilə ədalətli qərarları keçərsiz olduğu kimi, ədalətsiz qərarları da keçərsizdir. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycana qarşı təzyiqlər nəticəsiz qalacaq və heç bir qüvvə ölkəmizi haqq yolundan geri çəkilməyə təhrik edə bilməyəcək” – Niftiyev fikrini tamamlayıb.

Törə Zeynallı Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanıb.

NE
Nihadə Eyyubova