“Minsk Rusiyaya qarşı təcavüz olacağı təqdirdə ona verdiyi taktiki nüvə silahından istifadə edə bilər”.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə müsahibəsi zamanı deyib.
"Bu halda biz tərəddüd etməyəcəyik, bütün silah arsenalını çəkindirmək üçün istifadə edəcəyik", - deyə Lukaşenko bildirib.
Lukaşenko vurğulayıb ki, Belarus Ukrayna Silahlı Qüvvələri bu ölkənin sərhədini keçməyincə onunla qaynar münaqişəyə qoşulmayacaq.


