İsrail Almaniyaya 3,5 milyard avro dəyərində "Arrov-3" raketdən müdafiə sistemi satacaq.
Demokrat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, Vaşinqton ABŞ və İsrailin ortaq istehsalı olan "Arrov-3" raketdən müdafiə sisteminin Almaniyaya satışını təsdiqləyib.
Həmçinin, Almaniyanın layihənin başlaması üçün 600 milyon dollarlıq ilk ödəniş də daxil olmaqla öhdəlik məktubu imzalayacağı vurğulanıb.
Qeyd edək ki, 3,5 milyard dollar dəyərində olan satış İsrailin indiyə qədərki ən böyük müdafiə müqaviləsi olacaq.
Aysu Demokrat.az


