Dünya Özəl

Daha 7 terrorçu zərərsizləşdirildi

Daha 7 terrorçu zərərsizləşdirildi

Türkiyədə PKK terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Terror Cinayətlərinə dair İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar nəticəsində 8 əcnəbi şübhəlinin şəxsiyyəti müəyyən edilib.

Şübhəlilərin tutulması üçün əməliyyat keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində 7 nəfər şübhəli şəxs tutularaq saxlanılıb.

Digər şübhəlinin axtarışı davam edir.

Aysu Demokrat.az

D
demokrat.az