ABŞ-da yerləşən Maui adasındakı yanğınlar nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, adada günlərdir davam edən faciəvi yanğınlara görə 106 nəfər ölüb, 1300-dən çox insan isə itkin düşüb.
Yerli rəsmilərin məlumatına görə, günün sonunadək daha 20 cəsədin tapılacağı, həmçinin, yanğının daha 10 gün davam edəcəyi ehtimal edilir.
Qeyd edək ki, Prezident Co Bayden ən qısa müddətdə əraziyə səfər edəcəyini açıqlayıb.
Aysu Demokrat.az


