Yaponiyada "Lan" qasırğası nəticəsində 20 nəfər xəsarət alıb.
Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyindən bildirilib.
Məlumata görə, Hyoqo Osaka, Kyoto, Şiqa və Vakayama bölgələrində çoxlu sayda xəsarət alan olub.
Qasırğanın vurduğu ərazilərdə yerli bələdiyyələr 230 mindən çox sakinə daha təhlükəsiz binalarda sığınacaq axtarmaları barədə xəbərdarlıq edib.
Eyni zamanda, Kansai Beynəlxalq Hava Limanında uçuşlar ləğv edilib.
Aysu Demokrat.az


