Dünya Özəl

Şoyqu: "Afrika ilə hərbi əməkdaşlığı inkişaf etdirəcəyik"

Şoyqu: Afrika ilə hərbi əməkdaşlığı inkişaf etdirəcəyik

"Rusiya Müdafiə Nazirliyi Afrika ölkələri ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək".

Demokrat.az xəbər verir ki, bu fikirləri Rusiya müdafiə naziri Sergey Şoyqu Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Nazir deyib ki, Afrika ölkələrinin orduları daha müasir olmalıdır:

"Biz hesab edirik ki, Afrika ölkələrində təlim keçmiş, yaxşı təchiz olunmuş və öz təhlükəsizliyinə qarşı müasir silahlı qüvvələr olmalıdır. Ona görə ki, bu qüvvələr təhdidlərə müstəqil şəkildə cavab vermə imkanı yaradacaq.

Rusiya Müdafiə Nazirliyi Afrika ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Eyni zamanda, hər zaman lazimi hərbi dəstək göstərəcək".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova