Dünya Özəl

Meksikada soyuduculardan 34 cəsəd tapıldı

Meksikada soyuduculardan 34 cəsəd tapıldı

Meksikanın Verakruz əyalətində təhlükəsizlik qüvvələri soyuducularda gizlədilmiş 34 nəfərin cəsədini aşkarlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı 5 evdə soyuducuda gizlədilmiş cəsədlər aşkarlanıb.

Rəsmilər cəsədlərin parçalanaraq torbalara qoyulduğunu, hadisə ilə bağlı 6 nəfərin həbs edildiyini bildirib.

Prokurorluq onu da bildirib ki, əməliyyat zamanı cinayətkarlara məxsus avtomobil, müxtəlif silahlar və bəzi narkotik vasitələr də ələ keçirilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova