Dünya Özəl

Xarici işlər naziri müsəlmanlardan üzr istədi

Xarici işlər naziri müsəlmanlardan üzr istədi

"Danimarkanın paytaxtı Kopenhagendə bəzi İslam ölkələrinin səfirlikləri qarşısında Qurani-Kərimə edilən hücumlara görə təssüflənirik".

Demokrat.az xəbər verir ki, bu sözləri Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen əlcəzairli həmkarı Əhməd Attaf ilə telefon danışığı zamanı deyib.

O bildirib ki, bu tip hərəkətlər yolverilməzdir:

"Sözügedən hücumlar Danimarka cəmiyyətinin tolerantlıq ənənəsini tamamilə pozur. Hökumətimiz bu çirkin əməllərə son qoymağı hədəfləyən qanun layihəsi üzərində çalışır. Qurani-Kərimin yandırılmasına görə ölkəmiz adından üzr istəyirəm".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova