Dünya Özəl

Norveçdə güclü yağış səbəbindən körpü uçdu

Norveçdə güclü yağış səbəbindən körpü uçdu

Norveçin Laaqen çayı üzərindəki dəmir yolu körpüsü güclü yağışlar səbəbindən uçub.

Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, uçma riskinə görə 1 həftə əvvəl 172,5 metr uzunluğundakı körpüdən istifadə qadağan edilib.

Xoşbəxtlikdən körpünün uçması nəticəsində heç bir can itkisi qeydə alınmayıb.

Qeyd edək ki, körpünün 1957-ci ildə istifadəyə verildiyi bildirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova