Gündəm Özəl

Keçid balları niyə aşağıdır? — “Universitetlərə tələbə lazımdır”

Keçid balları niyə aşağıdır? — “Universitetlərə tələbə lazımdır”

Ali məktəblərə qəbul olmaq üçün keçid balları ilbəil aşağı düşür. Bu məqam təhsil sahəsində çalışan bəzi mütəxəssislərdə narahatlığa səbəb olur.

Təhsil eksperti Adil Vəliyevin bu mövzuya yanaşması isə müsbətdir. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, yeni ixtisaslar açılırsa, tələbə sayının artmasına ehtiyac var:

“Dövlət İmtahan Mərkəzinin jurnallarında çap olunan qaydalardan məlumdur ki, blok balı 50, ümumi balı isə 150 olan abituriyentlər ixtisas seçimində iştirak edə bilər. Bu, minimumdur. Universitetlər hər il plan yerlərini artırır və ya yeni ixtisaslar açırlar. Bunun üçün də onlara tələbə lazımdır. Hər il yeni tələbələrin gəlməsi yeni ixtisasların da olmasını tələb edir. Çünki, artıq tələbələr yeniliyə daha açıqdır, fərqli araşdırma metodları var. Təbii ki, bu, hamısına aid deyil”.

Ekspert keçid ballarının aşağı olmasını belə əsaslandırıb:

Keçid balları niyə aşağıdır? — “Universitetlərə tələbə lazımdır”
“Azərbaycanda universitetə qəbul ola bilməyən abituriyentlərin çoxu attestatla xaricdə təhsilə üz tutur. Məzun olub, olmayacaqları başqa mövzudur. Bir çoxu məzun ola bilmir bəlkə də. Bəzi abituriyentlər qəbul imtahanlarında həyəcanlanır, cavabları sürüşdürür. Bu hallar istisna olmaqla, əgər bir abituriyent 150 bal toplaya bilmirsə, o heç xaricdə də təhsilini tamamlaya bilməz.

Düşünürəm ki, xaricdə təhsilə üz tutan müəyyən qisim şəxsin orada xərcləyəcəyi pulların elə ölkə daxilində dövr etməsi daha məqsədəuyğundur. Bunu doğru qərar hesab edirəm. Bəzən az balla ali məktəbə daxil olan tələbə oxuduğu illərdə özünü inkişaf etdirir. 150 balla sevmədiyi ixtisasa qəbul olan şəxslər istədiyi peşə üzrə kurslara müraciət edir, o sahənin mütəxəssisi olur, iş imkanı qazanırlar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova