Suriyanın şimalında hücuma hazırlaşan 12 PKK terrorçusu türk ordusunun uğurlu əməliyyatı ilə zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda, PKK terror təşkilatına qarşı əməliyyatların davam etdiyi bildirilib.
Eyni zamanda əməliyyatlar çərçivəsində daha 12 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.
Qeyd edilib ki, dünən və bu gün ordu tərəfindən ümumilikdə 21 terrorçu saxlanılıb.
Aysu Demokrat.az


