ABŞ-ın Havay ştatının Maui adasında baş verən yanğında 6 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, ölkənin adalardan ibarət olan Havay ştatında yanğınla mübarizə davam edir.
İndiyədək yanğın nəticəsində 6 nəfər dünyasını dəyişib, 13 yaşayış məntəqəsi boşaldılıb, 16 yolda nəqliyyat dayandırılıb və vətəndaşlar üçün 5 sığınacaq təşkil edilib.
Yanğında neçə ev və ya iş yerinin zərər gördüyü hələ məlum olmasa da minlərlə insanın işıqsız qaldığı bildirilir.
Aysu Demokrat.az


