Gündəm

SON DƏQİQƏ: Xankəndidən Laçın postuna TƏXRİBAT KOLONU yola düşür — FOTO

SON DƏQİQƏ: Xankəndidən Laçın postuna TƏXRİBAT KOLONU yola düşür — FOTO

Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək üçün təxribat hərəkətlərinin sayını artırır. Bu gün Laçındakı sərhəd-keçid məntəqəsinin qarşısında gözləyən "humanitar yardım" avtomobillrinə daha 2 yük avtomobili qoşulub. Ermənilərin Xankəndidən Laçına doğru "sülh yürüşü" adı ilə daha bir təxribatına hazırlıq gedir.

Demokrat.az xəbər verir ki, Xankəndinin mərkəzində bu məqsədlə avtobuslar toplayan təxribatçılar sadə insanları avtobuslar vasitəsilə Laçın sərhəd-keçid məntəqəsinə doğru yürüşə hazırlayırlar.

Avtobus kolonunun avqustun 3-də hərəkətə keçəcəyi gözlənilir.

"Həkəriyə dinc yürüş" adlandırılan təxribat aksiyasında məqsəd, Azərbaycana qarşı beynəlxalq miqyasda mənfi rəy formalaşdırmaqdır.//Turkustan.az

D
demokrat.az