Türkiyənin Konya vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Bildirilib ki, zəlzələ ölkənin paytaxtı Ankarada da hiss olunub.
Təxminən 8 kilometr dərinlikdə baş verən zəlzələ yerli vaxtla saat 18:06-da qeydə alınıb.
Qeyd edək ki, zəlzələ nəticəsində dağıntı və ya ölüm hadisəsi baş verməyib.
Aysu Demokrat.az


