Türkiyədə 2 şəxs arasında baş verən silahlı dava nəticəsində 1 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Bursa vilayətində baş verib.
Belə ki, 2 şəxs naməlum səbəbdən mübahisə etməyə başlayıb, daha sonra tərəflərdən biri ov tüfəngindən istifadə edib.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib.
İlkin baxış zamanı tərəflərdən birinin ağır yaralandığı müəyyən edilib və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


