Türkiyənin Balıkesir vilayətində FETÖ terror təşkilatının daha bir üzvü ələ keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, Terrorla Mübarizə Şöbəsi təşkilat üzvünün ünvanını təyin edərək ərazidə əməliyyat keçirib.
Əməliyyat nəticəsində saxlanılan terrorçunun qaçaq məhkum olduğu öyrənilib.
6 il 3 ay həbs cəzası alan məhkum yenidən həbsxanaya yerləşdirilib.
Aysu Demokrat.az


