Cənubi Koreyada isti hava səbəbiylə 17 nəfər ölüb, 73 nəfər isə günvurma şikayəti ilə xəstəxanalara müraciət edib.
Demokrat.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Məlumata görə, 35 dərəcəyə çatan temperatur insanlara mənfi təsir edib.
Həddindən artıq istilər səbəbiylə ölənlərin sayının ilk təsbitlərə görə 17 olduğu bildirilib.
Ən çox can itkisinin isə 7 nəfərlə Şimali Gieonqsanq əyalətində olduğu açıqlanıb.
Səlahiyyətlilər qeyd edib ki, günvurma şikayəti ilə xəstəxanalara 73 nəfər müraciət edib.
Aysu Demokrat.az


