Yay gələndən ölkə ərazisində dəyişkən havalar müşahidə olunur. Əsasən şimal və qərb bölgələrində tez-tez yağış yağır, şimşək çaxır, çaylara sel gəlir, bəzi dağlıq ərazilərə dolu düşür.
Dəyişkən hava avqustda da davam edəcəkmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Demokrat.az-a havaların dəyişkən keçməsinin səbəbini açıqlayıb:

Avqust ayının əvvəllərində ölkə ərazisində hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında dağlıq ərazilərdə yağınti ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında, əsasən, yağmursuz hava şəraiti proqnozlaşdırılır, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda gündüz 30-35, bölgələrdə 38, dağlıq ərazilərdə isə 18-23 dərəcə olacaq”.
Törə Zeynallı Demokrat.az


