Dünya Özəl

Sudanın hava məkanı bu tarixədək bağlı olacaq

Sudanın hava məkanı bu tarixədək bağlı olacaq

Sudanda hava məkanının bağlanma müddəti uzadılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Sudan Mülki Aviasiya səlahiyyətləri məlumat yayıb.

Məlumata görə, humanitar yardım və evakuasiya uçuşları istisna olmaqla, hava məkanının bağlanması qərarı daha 2 həftə uzadılıb.

Xatırladaq ki, Sudan hava məkanı, aprelin ortalarında ölkə ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən vətəndaş müharibəsindən sonra müntəzəm hava nəqliyyatı üçün bağlanıb.

Aysu Demokrat.az

D
demokrat.az