Dünya Özəl

Mobil telefon almaq üçün 8 aylıq körpəsini satdı

Mobil telefon almaq üçün 8 aylıq körpəsini satdı

Hindistanın Qərbi Benqal əyalətində bir ailə mobil telefon almaq üçün 8 aylıq körpəsini satıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Inquirer News" məlumat yayıb.

Bildirilib ki, telefon üçün körpələrini satan ailə bunu qonşularına etiraf edib.

Qonşuların şikayəti ilə polis ana və körpəni pulla alan qadını saxlayıb.

Araşdırmalar zamanı ailənin həmin telefonu sosial mediada videolar çəkmək üçün aldığı öyrənilib.

Digər tərəfdən, ailənin 7 yaşlı qızını da satmağa çalışdığı iddia edilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova