Ukraynalı qılıncoynadan Olqa Xarlan rusiyalı rəqibi Anna Smirnovanın əlini sıxmadığı üçün Milanda keçirilən qılıncoynatma üzrə dünya çempionatından diskvalifikasiya edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Bildirilib ki, ukraynalı idmançı rəqibini məğlub etsə də, oyundan diskvalifikasiya edilib.
Ukrayna Rusiya və Belarusu təmsil edən idmançılarla yarışmağı qadağan etsə də, Rusiyadan olan qılıncoynadan Anna Smirnova çempionata bitərəf kimi daxil olub.
Qeyd edək ki, dördqat dünya çempionu Olqa Xarlan turnirdən əvvəl rusiyalı rəqiblə qarşılaşacağı təqdirdə əlini sıxmayacağını bildirmişdi.
Aysu


