Dünya

Kanadada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Kanadada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Kanadanın Ontario bölgəsində kiçikölçülü təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

“Report”xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə paytaxt Ottavadan təxminən 100 kilometr şərqdə yerləşən Aleksandriya şəhəri yaxınlığında baş verib.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, “Cessna 150” təyyarəsinin pilotu ölüb, sərnişin isə xəstəxanaya yerləşdirilib.

NE
Nihadə Eyyubova