Kriminal

Bakıda 21 yaşlı oğlan qətlə yetirildi

Bakıda 21 yaşlı oğlan qətlə yetirildi

İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci il təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib.

R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

D
demokrat.az