İsveçrənin La Chaux-de-Fonds bölgəsində güclü qasırğa nəticəsində bir nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata görə, şiddətli fırtınada ağaclar, elektrik dirəkləri aşıb, kilsə, ev və məktəb damları uçub, onlarla avtomobilə ziyan dəyib.
Polisdən verilən açıqlamaya görə, tikinti ərazisindəki kranın aşması nəticəsində 50 yaşlarında olan bir nəfər həlak olub.
Fırtına nəticəsində yaralanan ən azı 15 nəfərin isə müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.
Aysu Demokrat.az


