Hadisə Özəl

Yanğın bölgəsində yaşayan insanlar təxliyə edildi

Yanğın bölgəsində yaşayan insanlar təxliyə edildi

Tunisin Cenduba əyalətində meşəlik ərazidə baş verən yanğınlarla əlaqədar bölgə sakinləri təxliyə edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Tunis Mülki Müdafiə İdarəsi yazılı açıqlama yayıb.

Açıqlamaya görə, Cenduba əyalətinin Malula meşəsində davam edən yanğının ərazisi güclü küləyin təsiri ilə daha da genişlənib:

"Davam edən yanğınlardan zərər görməmək üçün bölgəyə yaxın yaşayan insanlar tamamilə təxliyə edilib. Söndürmə işləri hava, quru və dəniz yolu ilə davam edir".

Xatırladaq ki, Cenduba əyalətində ötən ilin avqustunda baş verən yanğınlarda 450 hektar meşə sahəsi zərər görüb.

Aysu Demokrat.az

D
demokrat.az