Dünya Özəl

Meşə yanğınları 15 nəfərin ölümünə səbəb oldu

Meşə yanğınları 15 nəfərin ölümünə səbəb oldu

Əlcəzairdə 16 əyalətdə baş verən meşə yanğınlarında 15 nəfər həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə Əlcəzair Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğınlar nəticəsində 15 nəfər ölüb, 26 nəfər isə yaralanıb.

Eyni zamanda ərazidən 1500 nəfər təxliyə edilib.

Yanğınsöndürmə işləri davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova