“Afrika qitəsini ehtiyac olan qədər taxılla təmin edə bilərik”.
Demokrat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremlin saytında dərc olunan məqaləsində bildirib.
Putin qeyd edib ki, Rusiyanın taxıl dəhlizi sazişindən çıxması heç bir mənfi hala səbəb olmayacaq.
Moskva Afrika ölkələrinə taxılı həm kommersiya məqsədilə həm də pulsuz ixrac edə bilər.
Prezident məqalədə həmçinin bu il rekord məhsul gözlədiklərini də vurğulayıb.
Qeyd edək ki, ikinci Rusiya-Afrika sammiti bu həftə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
Aysu Demokrat.az


