Siciliya adasının sahillərində üzən gəmidən 5,3 ton kokain ələ keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə İtaliya polisi məlumat yayıb. Məlumata görə, saxlanılan gəminin Türkiyəyə doğru getdiyi üzə çıxıb.
Əməliyyat zamanı 5 nəfər saxlanılıb.
Qeyd edək ki, polis kokainin ümumi bazar dəyərinin 850 milyon avronu keçdiyini bildirib.
Aysu Demokrat.az


