Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdülməcid Tebbun bu gün Türkiyəyə səfər edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, Tebbun Prezident Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edəcək.
İstanbulda keçiriləcək görüşdə Türkiyə ilə Əlcəzair arasında ikitərəfli əlaqələr hər aspektdə nəzərdən keçiriləcək, əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüş zamanı aktual, regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.
Aysu Demokrat.az


