ABŞ-da 1 milyard dollarlıq "Powerball" cekpotunun qalibi məlum olub.
Demokrat.az xəbər verir ki, bu barədə "The California Lottery" adlı lotereya təşkilatı məlumat yayıb.
Məlumata görə, qalib bileti Los-Ancelesdəki "Las Palmitas" adlı marketdən alıb.
Son alınan biletlərlə əvvəlcə 1 milyard dollar olan cekpot 1,08 milyard dollara yüksələrək, ABŞ tarixində altıncı ən böyük cekpot kimi dəyərləndirilib.
Xatırladaq ki, 2,04 milyard dollar dəyərində ən böyük "Powerball" cekpotu 2022-ci ilin noyabrında verilib.
Aysu Demokrat.az


