Rusiya Ukraynanın Qara dəniz sahillərinə raket hücumları təşkil edərək, 60 min ton taxılı məhv edib.
Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın kənd kəsərrüfatı naziri Nikolay Solski açıqlama verib.
Nazir bildirib ki, Rusiyanın hücumları nəticəsində taxıl ixrac edən infrastruktur ciddi şəkildə zədələnib:
"Zədələnən infrastrukturun bərpası üçün azı bir il vaxt lazımdır. Çernomorsk limanında da 60 min ton taxıl məhv edilib, onlar 60 gün əvvəl iri tonajlı gəmiyə yüklənərək taxıl dəhlizi ilə göndərilməli idi".
Qeyd edək ki, Rusiya bu həftə Ukrayna taxılının Qara dənizdən təhlükəsiz keçməsinə icazə verən BMT-Türkiyə vasitəçiliyi ilə bağlanmış sazişi dayandırıb.
Bazar ertəsi razılaşmanı dayandırdığını elan etdikdən bir neçə saat sonra Ukraynanın Odessa və Mikolayiv limanlarına hücumlar təşkil edib.
Aysu Demokrat.az


