Hadisə Özəl

Sərnişin avtobusu və minik avtomobili toqquşdu: 34 nəfər öldü

Sərnişin avtobusu və minik avtomobili toqquşdu: 34 nəfər öldü

Əlcəzairdə sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 34 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, hadisə Əlcəzairin cənubunda yerləşən Tamanrasset şəhərində baş verib.

Qəzadan sonra yanğın baş verib, əraziyə xilasetmə və sağlamlıq qrupları göndərilib.

Hadisə nəticəsində, ən azı 34 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

Eyni zamanda avtobus yararsız hala düşüb.

Qəza ilə bağlı araşdırma başladılıb.

Xatırladaq ki, 2021-ci ildən bəri Əlcəzairdə təxminən 7186 yol qəzası baş verib. Bu qəzalar nəticəsində 2 min 643 nəfər həyatını itirib, 11 min 479 nəfər yaralanıb.

Aysu Demokrat.az

D
demokrat.az