Hindistanda dağ yolunda təmir işləri aparılan zaman torpaq sürüşməsi baş verib. Sürücü son anda xilas olmağı bacarıb.
Demokrat.az xəbər verir ki, hadisə Hindistanın Himaçal-Pradeş ştatında baş verib.
Bölgəyə yağan leysan yağışlar torpaq sürüşməsinə səbəb olub.
Sürüşmə zamanı ərazidə təmir işləri görən fəhlələr dərhal bölgədən uzaqlaşıb.
Qazıntı işlərini yerinə yetirən sürücü isə son anda özünü yerə ataraq qaya parçalarından xilas olub.
Təcili tibbi yardım qruplarına xəbərdarlıq edilib və işçilərin hər biri dərhal xəstəxanaya yerləşdirilib.
Meteorologiya səlahiyyətliləri bölgədə yağışların bir neçə gün daha davam edəcəyini açıqlayaraq, bölgə xalqını diqqətli olmağa çağırıb.
Aysu Demokrat.az


