Dünya

Kanadanın paytaxtında güclü tornado — VİDEO

Kanadanın paytaxtında güclü tornado — VİDEO

Kanadanın paytaxtı Ottavanın cənub hissəsində baş verən qasırğa 125 yaşayış evinə ciddi zərər vurub.

Məlumat Kanadanın yerli kütləvi informasiya vasitələrində dərc edilib.

Şahidlərin bildirdiyinə görə, tornado təxminən 30-45 saniyə ərzində meydana gəlib.

Təbii fəlakət əsasən yaşayışevlərinin damlarını yararsız hala salıb, ağacları kökündən çıxarıb.

Məlumat üçün əlavə edək ki, Ottavada tornadoya nadir hallarda rast gəlinir.

NE
Nihadə Eyyubova