"52 ildir qapıda gözlədilən Türkiyəyə qarşı Aİ-dən müsbət addımlar gözləyirik".
Demokrat.az xəbər verir ki, bu sözləri cümə namazından sonra jurnalistlərə açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Aİ liderlərinin ölkələri ilə ətraflı danışıqlar aparılıb:
"Danışıqlar apardığım bütün Aİ liderlərinin ölkələri ilə üzvlük prosesi ilə bağlı ətraflı müzakirə etdik.
Aİ-nin qapısında gözlədilən Türkiyəyə qarşı müsbət addımlar atmalarını istədiyimizi söylədik. Növbəti mərhələdə danışıqlarımızı davam etdirəcəyik".
Aysu Demokrat.az


