Türkiyə Ordusu son bir həftə ərzində həyata keçirilən əməliyyatlarla 19 terrorçu zərərsizləşdirib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Şimali İraq və Suriya daxil olmaqla, son bir həftə ərzində həyata keçirilən əməliyyatlarla daha 19 terrorçu zərərsizləşdirilib.
Beləliklə, Türkiyə ordusu tərəfindən bu il zərərsizləşdirilən terrorçuların sayı 813-ə yüksəlib.
Qeyd edək ki, 24 iyul 2015-ci ildən bu günədək zərərsizləşdirilən terrorçu sayı isə 38 min 156-ya çatıb.
Aysu Demokrat.az


