“Az-Mep Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.
İş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
Protokol aradırılması üçün hakim Hüseyn Səfərovun ictraatına verilib. Məhkəmə baxışı iyulun 12-nə təyin edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Az-Mep Group” MMC son vaxtlar bir neçə dəfə məhkəməyə verilib.
Fariz Məlikli Demokrat.az


