İtaliyanın Milan şəhərində qocalar evində baş verən yanğında 6 nəfər ölüb, 80-ə yaxın insan yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Məlumata əsasən, 167 nəfərin qaldığı binanın birinci mərtəbəsində başlayan yanğın qısa müddətdə söndürülüb.
Binanın iki sakini öz otaqlarında yanaraq, digər dörd nəfər isə tüstüdən zəhərlənərək vəfat edib.
Yanğınsöndürmə briqadasının sözçüsü Luka Karli bildirib ki, yanğının səbəbləri araşdırılır.
Aysu Demokrat.az


