Dünya Özəl

"Twitter"in yeni rəqibi fəaliyyət başladığı ilk gündə 10 milyon istifadəçi qazandı

Twitterin yeni rəqibi fəaliyyət başladığı ilk gündə 10 milyon istifadəçi qazandı

"Meta" şirkətinin baş direktoru Mark Zukerberq sosial media tətbiqi "Twitter"ə rəqib olan "Threads"ı istifadəyə verib. Fəaliyyətə başladığı günün ilk 7 saatı ərzində 10 milyon insan tətbiqdə qeydiyyatdan keçib.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata əsasən, tətbiq "App Store" və "Google Play Store"də yerləşdirilib və fəaliyyətə başlayıb.

İlk 7 saat ərzində 10 milyon insan "Threads" sosial media platformasında qeydiyyatdan keçib.

Qeyd edək ki, dünyanın 100 ölkəsində mövcud olan tətbiq məlumatların məxfiliyi ilə bağlı narahatlıqlar səbəbindən Avropa Birliyi ölkələrində hələ mövcud deyil.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova