İngiltərənin paytaxtı Londonda avtomobil ibtidai məktəbə çırpılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Məlumata əsasən, hadisə Londonun Uimbldon bölgəsindəki ibtidai məktəbdə baş verib.
Sürətlə gələn avtomobil məktəbə çırpılıb. Qəza nəticəsində bir neçə şəxs yaralanıb.
Hadisə yerinə dərhal yanğınsöndürmə briqadası və təcili yardım xidməti gəlib.
Aysu Demokrat.az


