Çinin Çunqinq şəhərində leysan yağışların səbəb olduğu daşqınlarda 15 nəfər həyatını itirib, 4 nəfər isə itkin düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanı açıqlama yayıb.
Daşqından ən çox zərər çəkən Vançjou bölgəsinə isə 2500-dən çox axtarış-xilasetmə heyəti göndərilib.
Seldən sonra palçıqla örtülmüş bəzi ərazilərdə təmizlik işlərinə başlanılıb.
Qeyd edək ki, Çin Prezidenti Si Cinpin yerli rəsmilərə sakinlərin təhlükəsizliyini qorumaq və itkiləri minimuma endirmək üçün çalışmağı əmr edib.
Aysu Demokrat.az


