Dünya Özəl

ABŞ-da silahlı hücum — Ölənlər və yaralananlar var

ABŞ-da silahlı hücum — Ölənlər və yaralananlar var

ABŞ-ın Pensilvaniya ştatında baş verən silahlı atışmada 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, hadisə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verib.

Belə ki, kimliyi məlum olmayan şəxs gecə saatlarında insanlara atəş açmağa başlayıb.

Hücum nəticəsində 4 nəfər ölüb və 2 uşaq yaralanıb.

Əraziyə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az