Vyetnam hökuməti iyulun 21-də nümayişi gözlənilən "Barbie" filminin ölkədə yayımını qadağan edib.
Demokrat.az xəbər verir ki, bu barədə Vyetnam Kino Departamentinin rəhbəri Vi Kien Tanh açıqlama verib.
O bildirib ki, iyulun 21-də təqdimatı gözlənilən film ölkə ərazisində qadağan edilib.
Qadağaya səbəb filmin bəzi səhnələrində Çinin iddiasında olduğu ərazilərin yer aldığı xəritədən istifadə olunmasıdır.
Sözügedən xəritənin hansı səhnədə göstərildiyi açıqlanmasa qadağa artıq qüvvəyə minib.
Qeyd edək ki, "Barbie" filminin prodüser şirkəti Warner Bros mövzu ilə bağlı açıqlama verməyib.
Aysu Demokrat.az


