Narkotik dövriyyəsində ittiham olunan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror M.Əzimovun verilmiş ittihamla təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, bir ay əvvəl Mahir Əzimovun 14 yaşlı oğlu Məhəmməd dənizdəboğulmuşdu. O, oğlunun dəfnində iştirak etmək üçün 3 günlükazadlığa buraxılmışdı.


