Hadisə

Qazaxda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var — YENİLƏNİB

Qazaxda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var — YENİLƏNİB

Qazax rayonunda avtomobil qəzası nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.

Demokrat.az xəbər verir ki, "Ford" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Nəzərov Elnur Malik oğlu aldığı xəsarətlərdən həyatını itirib.

Xatırladaq ki, avtoqəzada daha bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

21:51

Qazax-Çaylı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az xəbər verir ki, avtomobil qəzası nəticəsində 1 nəfərin öldüyü, daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

D
demokrat.az